"Yuventus" "Barselona” ilə oyunçu mübadiləsində maraqlıdır.
Fins.az-ın məlumatına görə, bu barədə “La Repubblica” bildirib.
Məlumata görə, “Yuventus” qarşı tərəfə özünün yarımmüdafiəçisi Federiko Bernardeskini təklif edib. Əvəzində İtaliya çempionu Katalon klubunun yarımmüdafiəçisi
Rakitiçi almaq istəyir. Qeyd edilir ki, "Yuventus”un baş məşqçisi Maurisio Sarri bu razılaşmanı bəyənib.
Ötən yay "Yuventus" "Barselona”ya yarımmüdafiəçilərin mübadiləsini təklif edib, ancaq İspaniya çempionu sazişdən imtina edib.
Rakitiç “Barselona”ya 2014-cü ilin yayında "Sevilya”dan keçib. Yarımmüdafiəçi Katalon klubunun heyətində 287 matçda 34 qol vurub.
Bernardeski "Yuventus"un heyətində 2017/2018 mövsümündən çıxış edir. Oyunçu Turin klubunda 89 matç keçirib və 9 qol vurub.