Təcrübəli cərrah Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edildi

Təcrübəli cərrah Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edildi

TİBB
533

Fins.az - Hacı Lətifov Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

Məlumata görə, təcrübəli cərrah Hacı Lətifov 1997-1998-ci illərdə 1 saylı şəhər klinik xəstəxanasında Ümumi cərrahiyyə şöbəsində internaturanı başa vurub. O, 1998-2019-cu illərdə həmin tibb müəssisəsinin Cərrahiyyə şöbəsində ümumi cərrah kimi fəaliyyət göstərib.

2019-2023-cü illərdə Medistyle Hospitalda, 2023-2025-ci illərdə isə Yeni Klinikada ümumi cərrah kimi çalışan Hacı Lətifov, 13.01.2025-ci il tarixindən son təyinatadək Zaqatala Rayon Mərkəzi Xəstəxanasında direktorun cərrahi xidmətlər üzrə müavini vəzifəsində fəaliyyət göstərib.

Bildirilib ki, o, 2007-ci ildə Rusiyada “Diaqnostika laparoskopiya, Operativ laparoskopiya” üzrə ixtisasartırma akademiyasını bitirib. Hacı Lətifov 2008 və 2009-cu illərdə Almaniyanın Humbolt Kliniki Mərkəzində keçirilən kurslarda, 2014-cü ildə isə Hindistanın “Galaxy Care” Laparoskopiya İnstitutunda “Laparoskopiya və Laparoskopik Ginekoloji Onkologiya” üzrə təlimlərdə iştirak edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...