"Spotify" işçilərinin təxminən 17 faizini işdən çıxarmağa hazırlaşır

"Spotify" işçilərinin təxminən 17 faizini işdən çıxarmağa hazırlaşır

TİBB
320

Spotify-ın CEO-su Daniel Ek, şirkətin internet saytında yayımlanan bir yazıda işçilərinin təxminən 17 faizi ilə yollarını ayıracaqlarını açıqladı.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, açıqlamada ixtisar olunacaq işçilərə 5 aylıq işdən çıxma pulu veriləcəyi bildirilib.

Şirkətin əldə etdiyi gəliri necə istifadə edəcəyi ilə bağlı daha strateji addımlar atacağını ifadə edən Ek, Spotify-ın daha sadə bir quruluşa diqqət yetirəcəyini söylədi.

Spotify-ın 31 dekabr 2022-ci il tarixinə 8359 işçisi var idi.

Günel Məlikzadə
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Spotify" işçilərinin təxminən 17 faizini işdən çıxarmağa hazırlaşır — Fins.az — Fins.az