Samsung üçün pis xəbər: Qatlana bilən telefon bazarında işlər dəyişir

Samsung üçün pis xəbər: Qatlana bilən telefon bazarında işlər dəyişir

TİBB
424

Çin markalarının qatlana bilən smartfon bazarında üstünlüyü özünü göstərməyə başlayıb. Gələn il Samsung üçün böyük sürprizlər gətirə bilər.     

Fins.az xəbər verir ki, Samsung-un uzun müddətdir dominantlıq etdiyi qatlanan smartfon bazarında işlər dəyişməyə başlayıb. Xüsusilə Çin markalarının təsiri ilə Samsung-un dominantlığı yavaş-yavaş zəifləmə əlamətlərini göstərir.

Təhlillərə görə, qatlana bilən smartfon bazarı ilin üçüncü rübündə təxminən 7 milyon ədəd satıldı və əvvəlki rüblə müqayisədə 215%, əvvəlki ilə nisbətən isə 16% artım yaşadı. Ötən ilin eyni dövründə 6,1 milyon satış həyata keçirilib.

Samsung 72% ilə bazar lideri olduğu halda, Huawei markası 9%, Honor markası isə 8% bazar payına malikdir. Galaxy Z Flip 5 modeli satışda 45 faiz, Galaxy Z Fold 5 isə 24 faiz satış payına malikdir. Ancaq gələcək dövrlər çətin ola bilər.

Günel Məlikzadə
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Samsung üçün pis xəbər: Qatlana bilən telefon bazarında işlər dəyişir — Fins.az — Fins.az