Piylənmə infarkt və insult riskini artırır

Piylənmə infarkt və insult riskini artırır

TİBB
299

Fins.azModern Hospital normadan artıq çəkinin ürək-damar sisteminə mənfi təsir göstərən əsas risk amillərindən biri olduğunu açıqlayıb.

Xəstəxananın yaydığı məlumata görə, piylənmə damarlarda tıxanmalara səbəb olaraq qan dövranının zəifləməsinə gətirib çıxarır. Bildirilib ki, infarkt və insult kimi ağır ürək-damar xəstəliklərinin qəfil baş verməsinin əsas səbəblərindən biri də artıq çəkidir.

Modern Hospital ürək sağlamlığının qorunması məqsədilə vətəndaşlara mütəmadi kardioloji müayinələrdən keçməyi tövsiyə edib.

Qeyd olunub ki, xəstəxanada aparılan kardioloji müayinələr ürək-damar sisteminin vəziyyətinin qiymətləndirilməsinə və mümkün risklərin vaxtında aşkarlanmasına imkan yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Piylənmə infarkt və insult riskini artırır — Fins.az — Fins.az