“Netflix”də hesab paylaşımı rəsmi olaraq bitdi

“Netflix”də hesab paylaşımı rəsmi olaraq bitdi

TİBB
1,098
“Netflix” bir müddətdir ki, bəzi ölkələrdə hesab paylaşma məhdudiyyətini tətbiq edir.
 
Fins.az-ın məlumatına görə, rəqəmsal platforma bu gündən etibarən Hindistan və digər ölkələrdəki abunəçilərinə şifrə paylaşma məhdudiyyətləri tətbiq etdiyini açıqlayıb.
 
“Netflix” hesab paylaşma məhdudiyyətinin yeni tətbiq olunacağı ölkələrdə abunəçilər üçün əlavə abunə seçimi təklif etməyəcək.
 
Xatırladaq ki, şirkət keçən il abunəçiləri narahat edəcək hesab paylaşma məhdudiyyətini sınaqdan keçirməyə başladı və təcrübəni 2023-cü ildə Kanada, Yeni Zelandiya, Portuqaliya, İspaniya və ABŞ da daxil olmaqla bir sıra digər ölkələri əhatə edəcək şəkildə genişləndirdi.
 
©Trend

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Netflix”də hesab paylaşımı rəsmi olaraq bitdi — Fins.az — Fins.az