
İmplantoloji müalicədə rəqəmsal planlama uğurlu nəticələr verir
Fins.az – Bəyaz Diş Stomatoloji Klinikası İsraildən müraciət edən pasiyentin implantoloji müalicəsinin uğurla başa çatdığını açıqlayıb.
Klinikanın məlumatına görə, 4 ay əvvəl Diana İsraildən Bəyaz Diş Stomatoloji Klinikasına müraciət edib. Ətraflı müayinə və rəqəmsal planlamadan sonra xilas edilməsi mümkün olmayan 20 diş çıxarılıb, implantlar yerləşdirilib və pasiyent elə həmin gün müvəqqəti sabit dişlərlə təmin olunub.
Bildirilir ki, müalicə prosesi uğurla tamamlanıb və Diana daimi ortopedik konstruksiyalarına qovuşub.
Klinika qeyd edir ki, bu cür müalicələrin əsas məqsədi yalnız itirilmiş dişlərin bərpası deyil, eyni zamanda pasiyentlərin özünəinamını geri qaytarmaq, onların rahat şəkildə gülümsəməsinə, danışmasına və həyat keyfiyyətinin yüksəlməsinə töhfə verməkdir.
Bəyaz Diş Stomatoloji Klinikası göstərilən etimada görə pasiyentə təşəkkürünü bildirib, ona möhkəm cansağlığı, xoşbəxtlik və uzun illər sağlam təbəssüm arzulayıb.
Klinikanın məlumatına əsasən, sağlam təbəssüm peşəkar yanaşmanın nəticəsidir.