İlon Mask "Twitter"in loqosunu dəyişdi

İlon Mask "Twitter"in loqosunu dəyişdi

TİBB
918

"Twitter"in baş direktoru İlon Mask sosial media platformasının klassik “mavi sərçə” loqosunu “X” hərfi ilə əvəz edib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Twitter hesabının şərhində "X.com" yazan Musk, "X.com" ünvanının artıq "twitter.com"a yönləndirildiyini açıqladı.

Twitter-in platformadakı rəsmi hesabının profil şəklinin “X” hərfi ilə, İlon Maskın hesabındakı quş loqosunun isə bu X hərfi ilə əvəz edildiyi görülüb.

Bundan əlavə, "X.com" saytında mavi sərçə loqosu yerinə "X" loqosu görünür.

Zəminə Hüseyn
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İlon Mask "Twitter"in loqosunu dəyişdi — Fins.az — Fins.az