Göz təzyiqinin yüksəlməsi ciddi fəsadlara yol aça bilər

Göz təzyiqinin yüksəlməsi ciddi fəsadlara yol aça bilər

TİBB
330

Fins.az - Spero Hospital "Göz təzyiqi" və ya "Qara su xəstəliyi" kimi tanınan qlaukoma barədə maarifləndirici məlumat yayıb.

Xəstəxananın məlumatına görə, qlaukoma gözdaxili təzyiqin tez-tez yüksəlməsi nəticəsində görmə sinirinin zədələnməsi ilə xarakterizə olunur. Bildirilib ki, bu zaman xəstənin görmə sahəsi tədricən daralır və xəstəlik müalicə olunmadığı halda görmə tamamilə itirilə bilər.

Spero Hospital qeyd edib ki, qlaukomanın yaranma riskini artıran amillər sırasında genetik meyllilik, 40 yaşdan sonrakı dövr, şəkərli diabet xəstəliyi, şiddətli anemiya və ya şok, qan təzyiqinin yüksək və ya aşağı olması, yüksək dərəcəli miopiya, yüksək dərəcəli hipermetropiya, miqren və göz travmaları yer alır.

Məlumata əsasən, xəstəliyin əsas simptomları səhərlər baş verən baş ağrıları, vaxtaşırı yaranan bulanıq görmə, gecələr işıqların ətrafında halqaların görünməsi və televizora baxarkən gözətrafı nahiyədə yaranan ağrılardır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Göz təzyiqinin yüksəlməsi ciddi fəsadlara yol aça bilər — Fins.az — Fins.az