
Gizli şəkər xəstəliyinin ilk əlamətlərini vaxtında tanıyın
Fins.az – Tez yorulma, davamlı susuzluq hissi, səbəbsiz çəki itkisi və halsızlıq bəzən adi yorğunluq kimi qiymətləndirilsə də, bu əlamətlər gizli şəkər xəstəliyinin ilkin xəbərçiləri ola bilər.
Bildirilib ki, xəstəliyin erkən mərhələdə aşkarlanması onun nəzarətdə saxlanılması və sağlam həyat tərzinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Klinika vətəndaşlara sağlamlıqlarını təsadüfə buraxmamağı, vaxtında müayinədən keçərək riskləri erkən müəyyən etməyi tövsiyə edir.