
Estetik gülüş üçün zirkon qapaqlara maraq artır
Fins.az – "AQS Medical Center" stomatologiya, kosmetologiya və laboratoriya xidmətlərini müasir tibbi avadanlıqlar və peşəkar həkim heyəti ilə təqdim edir.
Mərkəzin məlumatına görə, stomatologiya şöbəsində yüksək keyfiyyətli müalicə, ortopediya (protezləşmə), uşaq stomatologiyası, cərrahiyyə və ortodontiya sahələrində xidmətlər göstərilir.
Bildirilib ki, 2018-ci ilin dekabr ayından fəaliyyət göstərən "AQS Estetik" şöbəsində peşəkar həkimlər kosmetoloji prosedurlarla yanaşı, bu prosedurlara səbəb olan dəri problemlərinin diaqnostika və müalicəsini də həyata keçirirlər.
Qeyd olunub ki, 2011-ci ildən fəaliyyət göstərən "AQS LAB" şöbəsində tibbi analizlər tam avtomat cihazlarla aparılır. Laboratoriyada kliniki müayinələrlə yanaşı, infeksion, hormonal, biokimyəvi, PZR, genetik və digər laborator müayinələr həyata keçirilir.
Mərkəz bildirib ki, əsas məqsəd göstərilən səhiyyə xidmətləri ilə xəstələrin və onların yaxınlarının məmnuniyyətini təmin etmək, peşəkar personalı və texniki bazası ilə Azərbaycanın səhiyyə sektorunda etalon tibb müəssisələrindən birinə çevrilməkdir.
Bununla yanaşı, "AQS Dental Center" yeni kampaniyaya başladığını elan edib. Kampaniya çərçivəsində zirkon qapaqlar 199 manata təklif olunur. Mərkəz qeyd edir ki, ən yeni avadanlıqlar və təcrübəli həkimlər yüksək səviyyəli xidmətin göstərilməsinə zəmanət verir.