“Bakcell”ə Kommunikasiya Direktoru təyin edilib

“Bakcell”ə Kommunikasiya Direktoru təyin edilib

TİBB
464

“Bakcell”ə yeni İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar üzrə Direktor təyin edilib.

Fins.az xəbər verir ki, bu vəzifə Aysel Süleymanovaya həvalə olunub.

Aysel Süleymanova "Bakcell"-ə qoşulmazdan öncə Azərbaycanın milli aviadaşıyıcısı AZAL-da Kommunikasiya Direktoru və “PwC Azərbaycan” beynəlxalq konsaltinq şirkətində Marketinq və Kommunikasiya rəhbəri kimi fəaliyyət göstərib. Aysel Süleymanova eyni zamanda "AmCham Azerbaijan"-da Marketinq, Kommunikasiya və Biznesin İnkişafı Komitəsinin qurucusu və sədridir.

Bakcell şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Bakcell”ə Kommunikasiya Direktoru təyin edilib — Fins.az — Fins.az