Azərbaycanda dərman qiymətləri tənzimlənib

Azərbaycanda dərman qiymətləri tənzimlənib

TİBB
748

Fins.az - Azərbaycanda bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib.

Müvafiq qərar bu gün keçirilən Tarif (qiymət) Şurasının iclasında qəbul olunub. İclasda ilk dəfə qeydiyyatdan keçmiş 183 dərman vasitəsi üçün yuxarı qiymət həddi təsdiqlənib, 2 dərman vasitəsi üzrə yuxarı hədd azaldılıb, həmçinin etibarlı tədarükün təmin edilməsi məqsədilə 30 dərman vasitəsinin yuxarı həddi dəyişdirilib.

Dərmanların tam siyahısı, ticarət adı, farmasevtik forması, təsir edən maddənin adı, dozası, ticarət qablaşdırması, miqdarı və istehsal ölkəsi nəzərə alınmaqla Tarif Şurasının rəsmi saytında yerləşdirilib. Qərar 16 mart tarixindən qüvvəyə minir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...