Amazon Türkiyədə 45 min KOBİ-yə çatıb

Amazon Türkiyədə 45 min KOBİ-yə çatıb

TİBB
440

Amazon Türkiyə üzərindən məhsul satan KOBİ sayı 45 minə çatıb. Bloomberg HT-də Gündem Texnologiya proqramının qonağı olan Amazon Türkiyə Əməliyyatlarının baş direktoru Hakan Karadoğan, Amazon Türkiyədə aktiv fəaliyyət göstərən kiçik və orta bizneslərin artım tempinin əvvəlki ilə nisbətən 50% olduğunu söylədi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Amazon Türkiyə Baş Meneceri: “2022-ci ildə KOB-ların ixracı 500 milyon avronu keçib. Şərqi Anadoluda KOBİ-lərin böyümə sürətindəki artım digər bölgələri üstələyib. 2022-ci ildə Şərqi Anadoluda KOBİ-lərin artım tempi yüzdə 104 oldu. İkinci yerdə Cənub-Şərqi Anadolu, üçüncü yerdə isə Qara dəniz gəlir. “KOB öz məhsulunu Almaniyadakı logistika obyektimizə yerləşdirə və oradan müxtəlif ölkələrə sata bilər” dedi.

Günel Məlikzadə
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Amazon Türkiyədə 45 min KOBİ-yə çatıb — Fins.az — Fins.az