Alimlər: İnsan beyni tox olsa da, qida siqnallarına reaksiya verməyə davam edir

Alimlər: İnsan beyni tox olsa da, qida siqnallarına reaksiya verməyə davam edir

TİBB
673

Fins.az - Böyük Britaniyanın Şərqi İngiltərə Universiteti alimləri tərəfindən aparılan araşdırma maraqlı nəticə ortaya qoyub: insan beyni hətta doyumlu yeməkdən sonra belə iştahaçan qoxu və qida siqnallarına aktiv reaksiya verməyə davam edir.

Araşdırmada 76 könüllünün beyin fəaliyyəti elektroensefaloqramma vasitəsilə qeydə alınıb. İştirakçılar şokolad, çips, şirniyyat və popkorn şəkilləri ilə mükafatlandırılan öyrədici oyunda iştirak ediblər. Eksperimentin gedişində onlara təqdim olunan məhsullardan biri ilə doyunca qidalanmaq imkanı yaradılıb.

Subyektiv olaraq iştirakçılar tox olduqlarını və iştahalarının azaldığını bildirsələr də, beyin fəaliyyəti fərqli mənzərə göstərib. Mükafat sistemi ilə əlaqəli beyin nahiyələrində elektrik aktivliyi yüksək olaraq qalıb.

Alimlərin qənaətinə görə, qida siqnallarına reaksiya uzun illər formalaşmış vərdişlərə bənzər avtomatik mexanizmdir. Bu səbəbdən yüksək özünənəzarətə malik insanlar belə yeməyə qarşı beyin reaksiyasını tam şəkildə dayandıra bilmir.

Tədqiqat müəllifləri hesab edirlər ki, doyumlu nahardan sonra əlavə qidalanmaya meylin səbəbi həmişə iradə zəifliyi deyil, beynin bioloji mexanizmləridir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Alimlər: İnsan beyni tox olsa da, qida siqnallarına reaksiya verməyə davam edir — Fins.az — Fins.az