Zəng Mərkəzi / Online Satış Şöbəsi üçün Supervayzer - VAKANSİYA

Zəng Mərkəzi / Online Satış Şöbəsi üçün Supervayzer - VAKANSİYA

SOSİUM
312

Fins.az - Bytelecom komandası Zəng Mərkəzi (Online Satış Şöbəsi) üzrə peşəkar və nəticəyönümlü Supervayzer vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  • Zəng mərkəzi operatorlarının gündəlik fəaliyyətinə nəzarət etmək 

  • Operatorların müştərilərlə düzgün, peşəkar və satış yönümlü danışıq qaydalarına riayət etməsini təmin etmək 

  • Daxil olan zənglərin, müraciətlərin və satış proseslərinin keyfiyyətinə nəzarət etmək 

  • Komandanın performansını izləmək və hesabatların hazırlanmasını təmin etmək 

  • Satış göstəricilərinin artırılması üçün operatorlara yönləndirmə və dəstək vermək 

  • Müştəri məmnuniyyətinin yüksək səviyyədə qorunmasına nəzarət etmək 

  • Bitrix24 CRM sistemində iş proseslərinə və qeydiyyat intizamına nəzarət etmək 

  • CRM üzərindən tapşırıqların, lead və satış proseslərinin düzgün idarə olunmasını təmin etmək 

  • Yeni əməkdaşların adaptasiya və təlim prosesində iştirak etmək 

Tələblər:

  • Zəng mərkəzi və ya satış sahəsində minimum 2 il iş təcrübəsi 

  • Supervayzer və ya komanda rəhbəri kimi təcrübə üstünlükdür 

  • Satış yönümlü düşüncə və idarəetmə bacarığı 

  • Azərbaycan dilində səlis danışıq (Rus dili biliyi üstünlükdür) 

  • Güclü ünsiyyət və komanda idarəetmə bacarıqları 

  • Stress altında operativ qərarvermə bacarığı 

  • Bitrix24 CRM sistemində iş təcrübəsi mütləqdir 

  • MS Office proqramlarında işləmə bacarığı 

Şərait:

  • Rəqabətli əmək haqqı 

  • Karyera inkişaf imkanı 

  • Peşəkar və dinamik komanda mühiti 

  • Korporativ təlim və inkişaf imkanları 

CV-lərinizi mövzu hissəsində “Zəng Mərkəzi Supervayzer” qeyd etməklə elektron poçt ([email protected]) ünvanına göndərməyiniz xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Zəng Mərkəzi / Online Satış Şöbəsi üçün Supervayzer - VAKANSİYA — Fins.az — Fins.az