
Yeni mağazanın açılışı ilə bağlı işçi qəbulu elan edilib
Fins.az - “Tamstore” marketlər şəbəkəsi yeni açılacaq “Nardaran” mağazası üçün işçi qəbulu elan edib.
Şirkətin məlumatına görə, filialda mağaza heyətinin tam formalaşdırılması məqsədilə bişirici-satıcı vakansiyası üzrə “Karyera Günü” keçiriləcək. Müsahibədən uğurla keçən namizədlər “Nardaran” mağazasında işlə təmin olunacaqlar.
Bildirilib ki, iş qrafiki 8 saat olmaqla növbəli əsasda təşkil olunacaq. Namizədlər üçün nahar şirkət tərəfindən təmin ediləcək, bayram günlərində görülən işlər əvəz olunacaq, rəsmi əmək münasibətləri qurulacaq və karyera yüksəlişi imkanı yaradılacaq.
Müraciət edən şəxslərdən şəxsiyyət vəsiqəsinin, bəy namizədlərdən isə əlavə olaraq hərbi biletin təqdim edilməsi tələb olunur.
“Karyera Günü” iyulun 3-də saat 10:00-dan 16:00-dək “Tamstore” Karyera Mərkəzində keçiriləcək. Tədbirin ünvanı Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 45D-dir.
Əlavə məlumat üçün (099) 200-65-75 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.