
“Xocəsən” elektrik deposunun tikintisi davam etdirilir
Hazırda “Xocəsən” istiqamətində elektrik deposunun inşası ilə bağlı işlər davam etdirilir.
Bu barədə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, deponun inşası üç mərhələdə nəzərdə tutulub:
“Birinci mərhələ ondan ibarətdir ki, üç stansiyada xidmət göstərəcək qatarlara lazımı infrastruktur, təmir, qulluq baxımından önəmli rol oynayacaq. Eyni zamanda “Avtovağzal”-“Xocahəsən” istiqamətində tunellərin inşasının başa çatmasıdır. Hazırda tunellərdən birində yol infrastrukturunun qurulması başa çatdırılıb. Digər tuneldə də bu istiqamətdə işlər davam etməkdədir”.