
“Xırman” Şirkəti Kommersiya Direktoru Vəzifəsi üzrə Vakansiya
Vakansiya: Kommersiya Direktoru
"Xırman" şirkəti komandasına Kommersiya Direktoru axtarır.
İş yeri:
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 100 (istehsalat bazası)
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi;
- İstirahət günü: Bazar günü;
- Əmək haqqı: Rəqabətqabiliyyətli (namizədin bilik, təcrübə və peşəkar kompetensiyalarına uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək).
Vəzifə öhdəlikləri:
- Şirkətin ümumi kommersiya strategiyasının hazırlanmasına və icrasına rəhbərlik etmək;
- Satış, marketinq və müştəri münasibətlərinin idarə olunmasını təmin etmək;
- Satış hədəflərinin müəyyənləşdirilməsi, icrasına nəzarət etmək və nəticələri qiymətləndirmək;
- Bazar araşdırmaları aparmaq, rəqib mühitini təhlil etmək və yeni biznes imkanlarını müəyyənləşdirmək;
- Gəlirlərin və rentabelliyin artırılmasına yönəlmiş kommersiya təşəbbüslərini hazırlamaq və icra etmək;
- Kommersiya büdcəsini formalaşdırmaq və onun effektiv idarə olunmasını təmin etmək;
- Satış komandalarının fəaliyyətini idarə etmək, inkişaf etdirmək və performansını qiymətləndirmək;
- Strateji müştərilər, distribyutorlar və biznes tərəfdaşları ilə yüksək səviyyəli danışıqlar aparmaq;
- Satış, marja, bazar payı və digər kommersiya göstəricilərini təhlil etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
- CRM və digər kommersiya idarəetmə sistemlərinin effektiv tətbiqini təmin etmək;
- Satış və marketinq fəaliyyətinin KPI-lar əsasında monitorinqini və hesabatlılığını təşkil etmək;
- Logistika, istehsalat və maliyyə bölmələri ilə sıx koordinasiyanı təmin etmək.
Namizədə dair tələblər:
- Biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Kommersiya, satış və ya biznesin inkişafı istiqamətində minimum 5–7 il rəhbər vəzifədə iş təcrübəsi;
- FMCG, qida sənayesi və ya istehsalat sektorunda iş təcrübəsi üstünlükdür;
- Strateji planlaşdırma və biznesin inkişafı sahəsində güclü bacarıqlar;
- Maliyyə göstəricilərinin, satış hesabatlarının və kommersiya analitikasının təhlili üzrə təcrübə;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus və ingilis dili bilikləri üstünlükdür;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı.
Şəxsi keyfiyyətlər:
- Güclü liderlik və idarəetmə bacarıqları;
- Strateji və analitik düşüncə tərzi;
- Nəticəyönümlü və məsuliyyətli yanaşma;
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Komandanı motivasiya etmək və inkişaf etdirmək bacarığı.
Təklif edirik:
- Azərbaycanın köklü və dinamik inkişaf edən istehsal şirkətlərindən birində rəhbər vəzifədə çalışma imkanı;
- Strateji qərarların qəbulunda aktiv iştirak;
- Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi;
- Rəqabətqabiliyyətli əmək haqqı və motivasiya sistemi.
Müraciət:
CV-nizi mövzu hissəsində "Kommersiya Direktoru" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə: +994 55 293 13 39
Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.
