Xankəndi 80 min nəfərlik müasir şəhər kimi formalaşdırılacaq

Xankəndi 80 min nəfərlik müasir şəhər kimi formalaşdırılacaq

SOSİUM
451

Xankəndi Qarabağın əsas şəhərlərindən biri olacaq və gələcəkdə müasir şəhər konsepsiyası əsasında inkişaf etdiriləcək.

Fins.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Xankəndidə keçirilən Milli Biznesin İnkişafı Forumunda çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov şəhərin Baş planı ilə bağlı mühüm detalları açıqlayıb.

Onun sözlərinə görə, Xankəndinin Baş planı yaxın vaxtlarda tam hazır olacaq və bu barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Bildirilib ki, hazırda şəhərin inkişaf konsepsiyası xarici şirkətlər tərəfindən hazırlanır. Plan çərçivəsində Xankəndinin “gənclər şəhəri” kimi inkişaf etdirilməsi nəzərdə tutulur. Şəhərdə təhsil və sosial infrastrukturun genişləndirilməsi əsas prioritetlər sırasında yer alır.

Eyni zamanda Qarabağ Universiteti üçün geniş ərazilərin ayrıldığı və burada tələbələr üçün müasir yaşayış və təhsil şəraitinin yaradılmasının planlaşdırıldığı qeyd edilib. Layihəyə əsasən, tələbə və müəllim heyətinin şəhər əhalisinin təxminən 12–15 faizini təşkil edəcəyi bildirilir.

Məlumata görə, Xankəndinin gələcəkdə təxminən 80 min nəfərlik əhaliyə malik müasir şəhər kimi formalaşdırılması nəzərdə tutulur. Şəhərin inkişafı üzrə həyata keçirilən bütün layihələrin dayanıqlı inkişaf prinsiplərinə uyğun icra ediləcəyi vurğulanır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xankəndi 80 min nəfərlik müasir şəhər kimi formalaşdırılacaq — Fins.az — Fins.az