VAKANSİYA - Vizualizator Memar

VAKANSİYA - Vizualizator Memar

SOSİUM
1,110

Fins.az - Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu vakansiya elan edir.


Vəzifə öhdəlikləri:

  • Verilmiş texniki tapşırığa, brifə əsasən ilkin eskizlərin, 3D modellərin və renderlərin hazırlanması

  • Dizayn zamanı formalaşdırdığı işin texniki detalları haqqında məlumatlı olmaq;

  • Material seçimi, işıqlandırma və struktura uyğun realistik vizualizasiyaların yaradılması;

  • Layihələrin ilkin mərhələsində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək;

  • Layihələndirmə məlumatlarını analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;

  • Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş Beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;

Tələblər:

  • Ali təhsil (müvafiq sahədə);

  • Memar vəzifəsində iş təcrübəsi (5 il);

  • Kompüter bilikləri – SketchUp, AutoCAD, ArchiCAD, 3Dsmax, Adobe Photoshop, V-Ray, Corona və s.;

  • Tikinti norma və qaydalarına dair biliklər;

  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.

Ümumi məlumat:

  • İş yeri: Bakı şəhəri;

  • İş rejimi: 5 gün/ 09:00 – 18:00;

  • Nahar fasiləsi: 13:00 – 14:00;

  • Əmək haqqı – 2500 AZN;

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.

Uyğun namizədlər Portfolio və CV-lərini  [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
VAKANSİYA - Vizualizator Memar — Fins.az — Fins.az