
VAKANSİYA - Tibb bacısı
Fins.az - Deri Kani Clinic MMC vakansiya elan edir.
Tələblər
Staj: müvafiq sahə üzrə 1-3 il
Yaş: 30 yaşdan 50 yaşadək
İş barədə məlumat:
Orta tibb təhsili (tibb kollecini bitirmiş olmaq);
Sertifikasiyadan keçmiş namizəd
Laboratoriya tədqiqatları üçün bioloji materialların götürülməsini həyata keçirir.
Klinikada xəstələrə qulluğu həyata keçirir
Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirir.
Həkimə tibbi yardım zamanı assistentlik edir.
Pasiyentlərin müxtəlif növ prosedurlara, həkimin ambulator qəbuluna hazırlanmasını aparır.
Həkim təyinatının yerinə yetirilməsinin təmin edir.
Dərman vasitələrinin və etil spirtinin qeydiyyatını, saxlanılmasını, istifadəsini həyat keçirir.
Xidmət göstərilən əhalinin fərdi qeydiyyatını, sağlamlıq vəziyyəti barədə məlumatların informasiya (kompüter) bazasını aparır.
Kiçik tibb heyətinin fəaliyyətinə rəhbərlik edir.
Tibbi sənədləşdirməni aparır.
Xəstələr və onların qohumları arasında sağlamlığın möhkəmləndirilməsi və xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği üzrə sanitar-maarifləndirmə işini aparır.
Tibbi tullantıların toplanılması və istifadə edilməsini həyata keçirir.
Sanitariya-gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına, alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların, hepatitin, İİV infeksiyasının qarşısının alınmasına riayət edilməsi üzrə tədbirləri həyata keçirir.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə təkmilləşdirmə kurslarında iştirak edir.
İş şərtləri:
İş qrafiki: Həftənin 2 günü (09:00-21:00) növbəli iş rejimi
Əmək haqqı: 400 AZN
Ərazi: Bakı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini “Tibb bacısı” qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.