VAKANSİYA - Təqib departamentinin rəhbəri

VAKANSİYA - Təqib departamentinin rəhbəri

SOSİUM
281

Fins.az - Kollekta MMC Rəhbər axtarışındadır.

Vəzifə öhdəlikləri: 

  • Təqib departamentinin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmək, strateji və əməliyyat planlarının hazırlanmasını və icrasını təmin etmək;

  • Problemli kredit portfelinin effektiv idarə olunmasını, gecikmiş borcların minimuma endirilməsini və yığım göstəricilərinin artırılmasını təmin etmək;

  • Departament üzrə aylıq, rüblük və illik hədəfləri müəyyən etmək, KPI sistemini formalaşdırmaq və icrasına nəzarət etmək;

  • Borc yığım strategiyalarını hazırlamaq, təhlillər aparmaq və biznes nəticələrinin yaxşılaşdırılması istiqamətində yeni həllər tətbiq etmək;

  • Təqib proseslərinin qanunvericiliyə, daxili normativ sənədlərə və etik prinsiplərə uyğun təşkil olunmasını təmin etmək;

  • Portfel üzrə analitik təhlillər aparmaq, gecikmələrin səbəblərini müəyyənləşdirmək və risklərin azaldılması üçün tədbirlər planı hazırlamaq;

  • Departament rəhbərlərinin fəaliyyətini koordinasiya etmək, onların inkişafı, performansının qiymətləndirilməsi və motivasiya sisteminin tətbiqini təmin etmək;

  • İcra, məhkəmə, hüquq-mühafizə və digər dövlət orqanları ilə yüksək səviyyəli əməkdaşlıq münasibətlərini qurmaq və inkişaf etdirmək;

  • Borc yığım proseslərinin avtomatlaşdırılması, rəqəmsallaşdırılması və optimallaşdırılması üzrə layihələrə rəhbərlik etmək;

  • Departamentin büdcəsini planlaşdırmaq, resurslardan səmərəli istifadəni təmin etmək və fəaliyyətin maliyyə göstəricilərinə nəzarət etmək;

  • Təşkilat rəhbərliyi üçün müntəzəm idarəetmə hesabatları, təqdimatlar və analitik məlumatlar hazırlamaq.

Tələblər:

  • Ali təhsil (Hüquq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli ixtisaslar);

  • Problemli kreditlər, məhkəmə və icra sahəsində minimum 5-7 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi;

  • Mülki Prosessual Məcəllə və digər aidiyyəti normativ hüquqi aktlar üzrə dərin biliklər;

  • Analitik düşünmə, komandanın idarə olunması və qərarvermə bacarıqları;

  • Yüksək səviyyədə danışıqlar aparmaq və təqdimat bacarığı;

  • MS Office proqramlarında sərbəst işləmək;

  • Azərbaycan dilini mükəmməl bilmək, rus dili biliyi üstünlükdür;

  • Sürücülük vəsiqəsinin olması üstünlükdür.

İş barədə məlumat:

  • Əmək haqqı: 1500 AZN net + bonus sistemi (ümumi gəlir 4000 AZN+)

  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu;

  • Komfortlu ofis şəraiti və peşəkar komanda;

  • 5 günlük iş qrafiki: Bazar ertəsi – Cümə, 10:00–19:00.

CV-lərinizi “Təqib departamentinin rəhbəri” başlığı altında [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
VAKANSİYA - Təqib departamentinin rəhbəri — Fins.az — Fins.az