VAKANSİYA - İşə qəbul üzrə mütəxəssis

VAKANSİYA - İşə qəbul üzrə mütəxəssis

SOSİUM
276

Fins.az - Superfon vakansiya elan edir.

Vəzifənin məqsədi: 

  • Şirkətin əməkdaş ehtiyaclarına uyğun olaraq vakansiyaların vaxtında və keyfiyyətli şəkildə bağlanmasını təmin etmək, namizədlərin axtarışı, seçimi və qiymətləndirilməsi proseslərini həyata keçirmək, işə qəbul prosesinin effektivliyini artırmaq.

Vəzifə öhdəlikləri:

  • Şirkətin struktur bölmələri üzrə işçi ehtiyaclarını analiz etmək; 

  • Vakansiya tələblərini rəhbərlərdən qəbul etmək və dəqiqləşdirmək; 

  • Vəzifə təlimatları və namizəd profillərinin hazırlanmasında iştirak etmək; 

  • Vakansiyaları uyğun platformalarda yerləşdirmək; 

  • Vakansiyaların aktivliyinə və namizəd axınına nəzarət etmək;

  • Müxtəlif mənbələrdən namizədlərin axtarışını həyata keçirmək; 

  • CV-ləri analiz etmək və ilkin seçim aparmaq; 

  • Müsahibə proseslərini təşkil etmək və koordinasiya etmək.

  • Vakansiyaların bağlanma müddətini izləmək; 

  • Namizəd mənbələrinin effektivliyini analiz etmək; 

  • İşə qəbul göstəriciləri üzrə hesabatlar və statistikalarını hazırlamaq;

Tələblər:

  • Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Psixologiya, İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr).

  • İşə qəbul üzrə minimum 1-3 il iş təcrübəsi;

  • Pərakəndə satış, distribusiya və ya çoxsaylı işçi heyəti olan şirkətlərdə təcrübə üstünlükdür;

  • İşə qəbul prosesləri və metodlarını bilmək;

  • Əmək bazarını və vakansiya yerləşdirmə kanallarını tanımaq. 

Təminatlar:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;

  • Karyera yüksəlişi imkanı;

  • Korporativ mobil nömrə;

Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis” [email protected] elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
VAKANSİYA - İşə qəbul üzrə mütəxəssis — Fins.az — Fins.az