
VAKANSİYA - İT mütəxəssis
Fins.az - ZZ Motors vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Active Directory, istifadəçi hesablarının və giriş icazələrinin idarə olunması;
Lokal şəbəkənin (LAN), internet və Wi-Fi infrastrukturunun fasiləsiz işləməsinin təmin edilməsi;
Serverlərin ehtiyat nüsxələrinin (Backup) hazırlanması və bərpasının həyata keçirilməsi;
Antivirus və informasiya təhlükəsizliyi tədbirlərinin tətbiqi;
Korporativ şəbəkənin texniki dəstəyi və idarə edilməsi;
Cisco, Fortigate, Ubiquiti şəbəkə avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və sorğusuz işləməsinin təmin edilməsi;
HP Server, MSA, ESXi və Windows Server (AD, DNS, DHCP, GPO) üzrə texniki dəstək;
VDS (Virtual Desktop Server) və virtual mühitlərin idarə edilməsi;
Dahua IP kameraların quraşdırılması və nəzarəti;
İstifadəçilər üçün texniki problemlərin həlli (Windows 11/10/8/7);
Şəbəkə kabel sistemlərinin (SKS) təşkili və problemlərin aradan qaldırılması;
TCP/IP, UDP, HTTPS kimi şəbəkə protokolları ilə iş təcrübəsi;
İstifadəçilər üçün təlimatların hazırlanması və təlimlərin keçirilməsi.
Vəzifə üzrə tələblər:
Ali təhsil;
Rus və ingilis dili biliyi arzuolunandır (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);
İT sahəsində 1 ildən artıq iş təcrübəsi (şəbəkə, sistem administrasiyası, texniki dəstək);
Cisco, Fortigate, Windows Server, ESXi, VDS, MSA, HP Server üzrə bilik;
Şəbəkə kabel quraşdırması və IP kameraların quraşdırılması bacarığı;
Windows istifadəçi dəstəyi (7, 8, 10, 11) və Office proqramları;
Şəbəkə protokolları (TCP/IP, UDP, HTTPS) və təhlükəsizlik əsasları;
Sertifikatlar (Cisco CCNA, Fortigate NSE, Microsoft MTA/MCSA) üstünlükdür;
Skript yazma (PowerShell, Bash) və avtomatlaşdırma bacarığı arzuolunandır;
İT infrastrukturu layihələrinin həyata keçirilməsi təcrübəsi üstünlükdür;
Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;
Analitik düşüncə və problemləri sürətli həll etmə bacarığı.
Sizə nə təklif edirik?
Əlverişli iş mühitində çalışmaq imkanı;
Karyera və inkişaf perspektivləri;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
İş qrafiki: həftə içi 6 gün, 09:00-18:00
Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq IT mütəxəssis adı yazılmalıdır.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək pr 36E.