
VAKANSİYA - İnsan Resursları üzrə Direktor
Fins.az - Abu-life Group Komandasına peşəkar, strateji düşüncə tərzinə malik və nəticəyönümlü İnsan Resursları üzrə Direktor axtarırıq.
Vəzifə öhdəlikləri
Şirkətin HR strategiyasının hazırlanması və həyata keçirilməsi.
İşə qəbul, adaptasiya və kadr planlaşdırılması proseslərinin idarə edilməsi.
Performansın qiymətləndirilməsi, təlim və inkişaf proqramlarının təşkili.
Əməkdaşların motivasiyası və korporativ mədəniyyətin inkişaf etdirilməsi.
HR göstəricilərinin təhlili, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsinə və HR proseslərinə nəzarət.
Tələblər
İnsan Resursları sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 3 il iş təcrübəsi.
Ali təhsil (İnsan Resursları, Biznesin İdarə Edilməsi, Menecment və ya əlaqəli sahələr üzrə üstünlükdür).
Azərbaycan Respublikasının əmək qanunvericiliyini yaxşı bilmək.
İşə qəbul, performans idarəetməsi, təlim və inkişaf sahələrində praktiki təcrübə.
Liderlik, ünsiyyət, təşkilatçılıq və analitik düşünmə bacarıqları.
Azərbaycan dilini sərbəst, rus və ingilis dillərini bilmək üstünlükdür.
İş şəraiti
İş yeri: Arena Plaza
İş saatı: 6 günlük
Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir).
Dinamik və peşəkar iş mühiti.
Uyğun namizədlərdən CV-ni [email protected] elektron poçt ünvanına vakansiya adını qeyd edərək göndərmələri xahiş edilir