
VAKANSİYA - İT dəstək və xidmətlər sektoru, baş məsləhətçi
Fins.az - İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi vakansiya elan edir.
İş şəraiti
Qurum: İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Vəzifə öhdəlikləri:
Server və şəbəkə infrastrukturunun fasiləsiz fəaliyyətini təmin etmək;Windows Server mühitini, Active Directory, DNS, DHCP və Group Policy xidmətlərini idarə etmək;
İstifadəçi hesablarını, giriş səlahiyyətlərini və domen siyasətlərini idarə etmək;
Fiziki və virtual serverlərin gündəlik inzibatçılığını həyata keçirmək;
Switch, router, firewall və simsiz şəbəkə avadanlıqlarını quraşdırmaq, sazlamaq və idarə etmək;
LAN, WAN, VLAN və VPN şəbəkələrinin qurulmasını, monitorinqini və optimallaşdırılmasını təmin etmək;
Server, şəbəkə və digər kritik İT sistemlərinin monitorinqini həyata keçirmək;
Ehtiyat nüsxələmə (Backup) və məlumatların bərpası (Restore) proseslərini təşkil etmək və icra etmək
Server və işçi kompüterlərdə təhlükəsizlik yeniləmələrinin (Security Patch) vaxtında tətbiqini təmin etmək;
Antivirus və Endpoint Protection həllərinin idarə olunmasını həyata keçirmək;
İstifadəçi giriş hüquqlarını və sistem resurslarına çıxış səlahiyyətlərini idarə etmək;
İnformasiya təhlükəsizliyi insidentlərinin aradan qaldırılmasında texniki səviyyədə iştirak etmək;
Yeni İT avadanlıqlarının və infrastruktur həllərinin tətbiqi, test edilməsi və istismara verilməsində iştirak etmək;
İT infrastrukturuna aid texniki sənədlərin, şəbəkə sxemlərinin və konfiqurasiya məlumatlarının aktuallığını təmin etmək.
Namizədə dair tələblər:
Müvafiq sahə üzrə minimum 2 il təcrübə;
Windows Server əməliyyat sistemləri ilə iş bacarığı;
Active Directory, DNS, DHCP və Group Policy;
Microsoft Windows əməliyyat sistemləri ilə iş bacarığı;
VMware, Hyper-V və ya digər virtualizasiya platformalarında iş bacarığı;
TCP/IP, LAN, WAN, VLAN və VPN texnologiyaları üzrə bilik və bacarıqlar;
Fortinet, MikroTik və ya analoji şəbəkə avadanlıqları ilə iş bacarığı;
Firewall avadanlıqları və şəbəkə təhlükəsizliyinin əsas prinsipləri üzrə bilikləro;
Backup və Restore həlləri üzrə biliklər;
Antivirus və Endpoint Protection sistemləri ilə iş bacarığı;
Videomüşahidə (CCTV) sistemləri ilə iş bacarığı;
Strukturlaşdırılmış kabel sistemləri ilə iş bacarığı;
IP telefonlar və digər periferiya avadanlıqları ilə iş bacarığı;
Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı.
Namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İnformasiya texnologiyaları-baş məsləhətçi” qeyd olunması xahiş olunur.