VAKANSİYA - Daxili audit üzrə mütəxəssis

VAKANSİYA - Daxili audit üzrə mütəxəssis

SOSİUM
252

Fins.az - Baku Electronics vakansiya elan edir.


Vəzifə tələbləri

  • Müvafiq sahədə 1-2 il iş təcrübəsi olmalı

  • MS Office proqramlarında işləməyi bacarmalı

  • Analitik düşünmə tərzi, ünsiyyətcil olmalı və təqdimat bacarmalı

  • Yaradıcı olmalı

  • Operativ və düzgün qərar verməyi bacarmalı

  • Problemləri həll etmə bacarığı olmalı

  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət

  • Xarici dil bilikləri üstünlükdür

​​​​​​​Vəzifə öhdəlikləri

  • Mağazalarda və mərkəzi anbarda mövcud olan mal qalığının, xəzinələrdə mövcud olan qiymətlilərin (pul vəsaiti, hədiyyə kartları və s.) sayılmasında iştirak edərək, ERP sistemindən alınmış hesabatlarla müqayisə aparmaq və nəticələri sənədləşdirmək;

  • Sayım zamanı aşkarlanmış çatışmazlıqların səbəblərini müəyyən etmək məqsədi ilə ERP sistemi və müvafiq sənədlər üzrə araşdırma aparmaq;

  • Mağaza və Mərkəzi anbarda mövcud olan malların satışa yararlılıq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə texniki baxış və qiymətləndirmə işlərini həyata keçirmək;

  • Mağazaların fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə müəyyən edilmiş xüsusi meyarlara əsasən müşahidələr aparmaq, işçi heyətinə suallar vermək, nəticələri təhlil edib qiymətləndirmək və əldə olunan məlumatlar barədə rəhbərliyə hesabat vermək;

  • Servis tərəfindən satışa yararsız hesab edilmiş malların məhv edilməsi prosesində işçi qrupunun tərkibində iştirak etmək və bu prosesin nəticələrinin aktlaşdırılmasında iştirak etmək;

  • Audit nəticələrinə əsasən təqdim edilmiş tövsiyələrin icra vəziyyətini qiymətləndirmək məqsədi ilə monitorinqlər aparmaq və nəticələr barədə məlumat hazırlamaq;

  • Audit nəticələrinin ümumiləşdirilməsi və ilkin audit hesabatının hazırlanması məqsədilə toplanmış məlumatları sistemləşdirmək və rəhbərliyə təqdim etmək.

Müraciət et: https://careers.bakuelectronics.az/az/vacancies/832

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
VAKANSİYA - Daxili audit üzrə mütəxəssis — Fins.az — Fins.az