VAKANSİYA - Biznesin inkişafı üzrə Menecer

VAKANSİYA - Biznesin inkişafı üzrə Menecer

SOSİUM
297

Fins.az - Respublika Diaqnostika Mərkəzi vakansiya elan edir.

Namizədə tələblər: 

  • Ali təhsil;

  • Yaş həddi – 25-40

  • MS Office proqramları üzrə yüksək bacarıqlar;

  • Ünsiyyət qurma, işgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;

  • Müvafiq vəzifədə minimum 3 il iş təcrübəsi mütləqdir;

  • Yüksək təqdimat bacarığı;

  • Dil bilikləri: Azərbaycan, Rus və ingilis dilləri;

Vəzifə öhdəlikləri:  

  • Müəssisənin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması;

  • Biznes proseslərinin təkmilləşdirilməsi;

  • Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;

  • Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi; 

  • Müəssisənin bazarda mövqeyinin gücləndirilməsi üçün strategiyaların hazırlanması və icrasına nəzarət; 

  • Strateji tərəfdaşların müəyyən edilməsi və tərəfdaş şəbəkəsinin inkişaf etdirilməsi;

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

  • İş yeri: Bakı şəhəri, Tbilisi pr. 147

  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır.

  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirmə

Müraciət üçün namizədlər CV formunu [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yanlız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
VAKANSİYA - Biznesin inkişafı üzrə Menecer — Fins.az — Fins.az