VAKANSİYA - Aparıcı Konstruktor

VAKANSİYA - Aparıcı Konstruktor

SOSİUM
328

Fins.az - Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu vakansiya elan edir.


Vəzifə öhdəlikləri:

  • Konstruktiv işçi layihənin memarlıq cizgiləri əsasında qüvvədə olan inşaat norma və qaydalarına riayət edilməklə hazırlanması;

  • Layihə əsasında iş həcmləri cədvəllərinin hazırlanması;

  • Layihələndirilən bina və qurğuların fəza hesabatının aparılması;

  • İşlənib hazırlanmış layihələri dövlət qurumları ilə razılaşdırmaq və müdafiə etmək;

  • Bina və qurğuların konstruktiv müayinə işlərinin aparılması və hesabatların hazırlanması;

  • Tikinti sahəsində işlərin gedişinə nəzarət edilməsi.

Tələblər:

  • Ali təhsil (müvafiq sahədə);

  • Mühəndis-konstruktor vəzifəsində iş təcrübəsi (3-5 il);

  • Kompüter bilikləri - AutoCad, Lira Sapr, Tekla, Structure (arzuolunandır);

  • Tikinti norma və qaydalarına dair biliklər;

  • Layihələndirmə sistemlərini və metodlarını bilmək; 

  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;

  • İngilis və rus dillərini bilmək arzuolunandır.

Ümumi məlumat:

  • İş yeri: Bakı şəhəri;

  • İş rejimi: 5 gün / 09:00 – 18:00;

  • Nahar fasiləsi: 13:00 – 14:00;

  • Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.

Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
VAKANSİYA - Aparıcı Konstruktor — Fins.az — Fins.az