İT üzrə texniki dəstək mütəxəssisi - VAKANSİYA

İT üzrə texniki dəstək mütəxəssisi - VAKANSİYA

SOSİUM
368

Fins.az - Iktex vakansiya elan edir.

Tələb olunan bilik və bacarıqlar:

  • Orta ixtisas və ya ali təhsil;

  • Ən azı 6 ay iş təcrübəsi;

  • Hərbi mükəlləfiyyətli olmaq;

  • Yaş həddi - 28 yaş;

  • Yaxşı ünsiyyət bacarıqları; 

  • Analitik düşünmə qabiliyyəti;

  • Zamanın idarə olunması bacarığı;

  • Microsoft Windows Əməliyyat Sistemi üzrə biliklər;

  • İP və analog kameralar üzrə ilkin biliklər;

  • Kabel çəkilişi və digər oxşar fiziki işləri bacarmaq;

  • İP telefoniyaya quraşdırılma üzrə biliklər arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • Sistem səhvlərinin və avadanlıqların diaqnozunu aparmaq və nasazlıqları aradan qaldırmaq;

  • İstifadəçi problemlərinin tam həll olunmasını təmin etmək;

  • Yeni kompüterləri quraşdırmaq və korporativ domenə qoşmaq;

  • Yeni istifadəçilər üçün hesablar yaratmaq;

  • USB və şəbəkə printerlərində və skanerlərdə yaranan problemləri aradan qaldırmaq;

  • İT avadanlıqlarını dəyişmək və tələb olunduqda təmir etmək;

  • DVR və NVR avadanlıqlarını quraşdırmaq;

  • Kompüterləri təmir etmək (RAM/HDD/enerji bloku və termopastanın dəyişdirilmək və s.)

  • Kamera, siqnalizasiya və təhlükəsizlik avadanlıqlarını quraşdırmaq;

  • Mövcud şəbəkə xətlərində yaranmış problemlərin müəyyən etmək və aradan qaldırılması.

Üstünlüklərimiz:

  • Professional inkişaf üçün təlimlərin təşkili.

Əmək haqqı:

  • Əmək haqqı 700-1000 AZN, müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır;

  • Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmiləşdirmə.

Vakansinın tələblərinə uyğun gələn namizədlər CV-lərini mövzu hissəsində “İT üzrə texniki dəstək mütəxəssisi” qeyd edərək göstərilən elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İT üzrə texniki dəstək mütəxəssisi - VAKANSİYA — Fins.az — Fins.az