Turizmin təşkili üzrə mütəxəssis - VAKANSİYA

Turizmin təşkili üzrə mütəxəssis - VAKANSİYA

SOSİUM
392

Fins.az - Summer Tour Azerbaijan MMC hal-hazırda Turizmin təşkili üzrə mütəxəssis vəzifəsinə təcrübəli namizədlər axtarır!

Vəzifə öhdəlikləri:

  • Yerli və beynəlxalq turların təşkili və icrasını həyata keçirmək.

  • Müxtəlif istiqamətlər üzrə yeni tur proqramlarının hazırlanması, satışı və icrasınını həyata keçirmək.

  • Qrup və fərdi müraciətlərin hesablanması (viza dəstəyi, transfer, restoran, muzey, bələdçi xidmətləri, hotellərin bronlaşdırılması və s.).

  • Rezervasiya sistemlərindən istifadə edərək tur paketləri və turizm xidmətlərini bronlaşdırılmaq.

  • Hotellər və digər xidmət təminatçıları ilə xüsusi qiymətlərin əldə edilməsi üçün danışıqlar aparmaq.

  • Tur proqramlarının təşkili üçün hotellər, restoranlar, bələdçilər, nəqliyyat şirkətləri və digər partnyorlarla əlaqə saxlayaraq qiymət cədvəlləri hazırlamaq.

  • Müştərilərin cəlb edilməsi üçün marketinq məqsədli elektron məktubların hazırlanmaq və göndərmək.

  • İşgüzar tədbirlərdə, info turlarda və sərgilərdə iştirak edərək şirkəti təmsil etmək.

  • Turizm tədbirlərinin, festivalların və promosyon kampaniyalarını planlaşdırmaq və icrasını həyata keçirmək.

  • Mövcud və yeni partnyorlarla davamlı əlaqələr qurmaq və sorğuları cavablandırılmaq.

  • Tələb olunan hesabatların vaxtında mühasibatlığa təqdim etmək.

  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirmək.

Tələblər:

  • Turizm sahəsində peşəkar təcrübə

  • Bakalavr təhsil dərəcəsi

  • Azərbaycan, İngilis, Rus dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı

  • MS Office (Word, Excel, PowerPoint) proqramlarından istifadə bacarığı

İş şəraiti:

  • 5 günlük iş qrafiki 

  • İş saatı 10:00-19:00

  • Ünvan: Bakı, AF Mall 2-ci mərtəbə

Tələblərə cavab verən namizədlərdən mövzu yerində vakansiya adını qeyd etməklə CV-lərini elektron poçt ([email protected]) ünvanına göndərmələri xahiş olunur.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Turizmin təşkili üzrə mütəxəssis - VAKANSİYA — Fins.az — Fins.az