Tour Manager - VAKANSİYA

Tour Manager - VAKANSİYA

SOSİUM
345

Fins.az - Baku Holiday Travel şirkəti “Tour Manager” vəzifəsi üzrə vakansiya elan edir

Turizm sahəsində inkişaf edən komandamıza qoşulmaq üçün təcrübəli və motivasiyalı Tour Manager axtarırıq.

Namizədə tələblər

  • Turizm sahəsində minimum 1–3 il iş təcrübəsi;

  • Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilməsi;

  • Satış bacarıqlarının yüksək olması, müştəri ilə effektiv ünsiyyət qurmaq qabiliyyəti;

  • Səlis nitq, təqdimat və danışıqlar aparmaq bacarığı;

  • Komandada işləmək və stress altında qərar vermək bacarığı;

  • Turizm sistemləri və B2B platformalarla işləmə təcrübəsi;

  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.

Vəzifə öhdəlikləri

  • Xarici tur paketlərinin planlaşdırılması, təşkili və satışı;

  • Müştərilərdən daxil olan sorğuların operativ və peşəkar şəkildə cavablandırılması;

  • Müştəri ehtiyaclarına uyğun otel, aviabilet, transfer və digər xidmətlərin seçilməsi və bron edilməsi;

  • Müştəri bazasının genişləndirilməsi və yeni satış imkanlarının araşdırılması;

  • Satışdan sonra xidmət keyfiyyətinə nəzarət və müştəri məmnuniyyətinin təmin edilməsi;

  • B2B sistemlərdə rezervasiyaların idarə olunması;

  • CRM sistemində məlumatların düzgün qeyd edilməsi;

  • Həftəlik və aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.

İş şəraiti

  • İş qrafiki: Həftədə 5 iş günü + şənbə qısa və  növbəli gün;

  • İş saatı: 09:00 - 18:00; 10:00 - 19:00;

  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;

  • Peşəkar və inkişaf yönümlü iş mühiti;

  • Turizm sahəsində karyera inkişaf imkanı.

Tələblərə uyğun namizədlər mövzu hissəsində “Tour Manager” qeyd etməklə CV-lərini olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər:

Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tour Manager - VAKANSİYA — Fins.az — Fins.az