
Tibb bacısı (Bakı və Sumqayıt) - VAKANSİYA
Fins.az - SwissDent Bakı və Sumqayıt şəhərlərində yerləşən klinikalarımızın genişlənməkdə olan heyətinə yeni üzvlər - tibb bacıları axtarışındayıq.
İş barədə məlumat:
Həkimə müayinə, müalicə və əməliyyat prosesində assistentlik etmək
Həkimin müayinəsi və qəbulu üçün tibbi otağın müvafiq protokola uyğun hazırlanmaq
Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət etmək
Tibbi alətlərin sterilizasiyasını təmin etmək
6 günlük iş qrafiki
Əmək qanunvericiliyinə uyğun qeydiyyat
İş yeri: namizədin yaşayış yerindən aslı olaraq Bakı, Sumqayıt şəhərindəki klinika
Namizədə tələblər:
Tibb bacısı üzrə orta ixtisas təhsili
Dil bilikləri: Azərbaycan, Rus (arzu olunandır)
Xoş görünüş, yüksək insani keyfiyyət, səliqə və təmizliyə qarşı həssaslıq
Məsuliyyətlilik, işgüzar etika anlayışı, komandada işləmə bacarığı, proaktivlik
Yeni məzunların da müraciəti qəbul olunur
Tələblərə uyğun şəxslər mövzu hissəsində “Tibb bacısı” qeyd etməklə, CV-lərini ([email protected]) elektron poçt ünvanına göndərə bilər.