Texniki rəssam - VAKANSIYA

Texniki rəssam - VAKANSIYA

SOSİUM
191

Fins.az - Azertexnolayn MMC-nin  Texniki Avadanlıqlar Zavoduna  “Texniki rəssam”  axtarılır.

Əmək funksiyası: 

  • Əməliyyatlar üçün bütün detalların texniki şəklini çıxartmaq,emalata və KİS-ə göndərmək;

  •  Məhsulların texniki pasportlarının və paketləmə təlimatlarının hazırlanması; 

  •  Məhsulların montaj təlimatlarının və yığımlarının hazırlanması;

  • Logo kodlarının texniki rəsmlərə və yığıma qeyd edilməsi;

  • Detalların və montajın texniki xüsusiyyətlərini hesabat formasına salmaq və arxivləşdirmək;

  • Yerli və beynəlxalq (DÜST,GOST,EN,ISO,APİ,AWWA və s) standartlarda olan toleranslarla işləmək və bunları bilmək; 

  • Yeni sifariş olan məhsulların üzərindən ölçü götürmək,bunların texniki rəsmlərini hazırlamaq və prototip hazırlanarkən mühəndislərə köməklik göstərmək;

  • Şöbə rəhbərinin tapşırdığı digər texniki məslələrin həllində fəal iştirak etmək;

Bilməlidir:

  • Qatı modelləmə programını yaxşı istifadə etmək (Solidworks),

  • MS Office proqramlarından ən az Word ve Excel,

  • Layihə hazırlama ve təqib prosedurlarını bilməlidir;

  • Yerli və beynəlxalq (DÜST, EN, İSO, APİ, AWWA və s.)  standartları istifadə etməyi bilməlidir;

İş qrafiki: 

  • Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

  • İstirahət günü: Şənbə və Bazar günü

Namizədə tələblər: 

  • Ali təhsil 

  • İngilis və Rus dili biliyi

  • MS Office proqramları

  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi

Namizədlərin dəyərləndirilmə prosesi:

  • Birinci mərhələ- Məntiqdən test imtahanı, İnsan resursları şöbə rəisi və Texnologiya bölmə rəisi ilə müsahibə

  • İkinci mərhələ - Zavod müdiri ilə görüş, İşə qəbul 

Təminatlar:

  • Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir; 

Qeyd: Tələblərə uyğun gələn namizədlər  CV-lərini “Texniki rəssam” başlığı altında qeyd edərək elektron poçt ([email protected]) ünvanına göndərmələri xahiş olunur. 

Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı. 

Əlaqə nömrəsi: +994 12 377 44 44

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Texniki rəssam - VAKANSIYA — Fins.az — Fins.az