
Texniki Mütəxəssi - VAKANSİYA
Fins.az - Fire Safety Caspian Azerbaijan vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Elektrik, HVAC, su təchizatı və digər mühəndis sistemlərinin texniki nəzarətinin həyata keçirilməsi;
Qəza və nasazlıqların operativ aşkarlanması və aradan qaldırılması;
Lift, eskalator və digər sistemlər üzrə xidmət göstərən subpodratçılara nəzarət;
Bina avtomatlaşdırılması sistemlərinin monitorinqi;
Layihələrin AutoCAD üzərindən oxunması və tətbiqinə nəzarət.
Tələblər:
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Alçaq və yüksək gərginlikli elektrik sistemləri üzrə bilik;
Çiller, VRF/VRV, AHU və digər HVAC sistemləri üzrə anlayış;
Su təchizatı və yanğınsöndürmə sistemləri üzrə təcrübə;
İT infrastrukturu və fiber-optik sistemlər üzrə baza bilikləri;
AutoCAD proqramında işləmək bacarığı;
Analitik düşüncə və məsuliyyətlilik.
Təklif olunur:
Əmək haqqı: 1500-2000 AZN;
Stabil iş mühiti;
Karyera inkişafı imkanı;
Maraqlanan namizədlər öz CV-lərini elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.
Göndərilən məktubun “mövzü” yerində “Texniki Mütəxəssis” qeyd edin.