Təhlükəsizlik üzrə menecer - VAKANSIYA

Təhlükəsizlik üzrə menecer - VAKANSIYA

SOSİUM
273

Fins.az - “Abşeron Logistika” MMC  “Təhlükəsizlik üzrə menecer” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Mərkəzdə təhlükəsizlik üzrə məsələləri idarə və nəzarət etmək; 

  • Nəzarət buraxılış məntəqələrinin işini qurmaq və idarə etmək;

  • Mərkəzin yanğından mühafizə sistemlərini daim nəzarətdə saxlamaq;

  • Mərkəzin ərazisində olan anbarlar, inzibati, texniki, xidməti binalarına, nəqliyyat vasitələrinin, texnikaları, mal-materialların mühafizəsini işini qurmaq, idarə və nəzarət etmək;

  • Təhlükəsizlik siyasət və prosedurlarını hazırlanmaq və tətbiq etmək;

  • Mühafizə heyətinin idarə olunması, iş qrafiklərinin tərtibi və fəaliyyətinə nəzarət;

  • Ofislərdə və ya ərazidə baş vermiş hadisələr barədə şöbə müdirinə məlumat və hesabat vermək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İdarəetmə və digər sahələrdə üstünlükdür);

  • Müvafiq sahədə minimum 10 ilədək iş təcrübəsi;

  • Hərbi sahədə rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür;

  • Azərbaycan dilini sərbəst bilmək, rus dili biliyi üstünlükdür;

  • Kompyuter bilikləri: MS Office proqramları ilə sərbəst işləmə bacarığı;

Peşəkarlıq tələbləri:

  • Təhlükəsizlik sistemləri və risk idarəetməsi üzrə biliklər;

  • Liderlik və komanda idarəetmə bacarıqları;

  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti; 

  • Fövqəladə halların idarə olunması və təhlükəsizlik standartları üzrə məlumatlılıq;

  • Yüksək məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı.

Göstərilən tələblərə uyğun namizədlər https://career.absheronport.az/ keçid edərək karyera portalımız üzərindən və ya  CV formalarını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təhlükəsizlik üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Təhlükəsizlik üzrə menecer - VAKANSIYA — Fins.az — Fins.az