Təcili yardım üzrə tibb bacısı - VAKANSİYA

Təcili yardım üzrə tibb bacısı - VAKANSİYA

SOSİUM
423

Fins.az - Medco Hospital Group vakansiya elan edir.


Heydər Əliyev adına Beynəlxalq Hava Limanı üçün tibb məntəqələrində tibbi xidmətlərin təşkili məqsədi ilə Təcili yardım tibb bacısı vakansiyası aktivdir.

Vəzifə öhdəlikləri:

  • Hava limanında fəaliyyət göstərən tibb məntəqəsində ilkin tibbi yardım göstərə bilmək;

  • Təxirəsalınmaz tibbi yardım halında həkimə kömək etmək, zəruri hallarda xəstəni müvafiq xəstəxanaya yönləndirmək;

  • Qan təzyiqi, nəbz, temperatur və digər ilkin göstəriciləri ölçmək, klinik vəziyyəti qiymətləndirmək;

  • Tibb məntəqəsində istifadə olunan avadanlıq və dərman ehtiyatının qeydiyyatını aparmaq, ehtiyatları nəzarətdə saxlamaq;

  • Sanitariya‑gigiyena, aviasiya mühiti üçün spesifik tibb prosedurlarına riayət etmək;

  • Tibb məntəqəsinin gündəlik fəaliyyətində qeydiyyat aparmaq, pasiyent məlumatlarını sistemləşdirmək.

Tələblər:

  • Orta tibb ixtisas təhsili (tibb bacısı, feldşer);

  • Səhiyyə Nazirliyinin sertifikasiyası;

  • Minimum 1–3 il ilkin tibbi yardım üzrə iş təcrübəsi;

  • İngilis dili və Rus dili üzrə biliyi üstünlükdür;

  • Yüksək ünsiyyət bacarığı, stress altında çevik işləmə qabiliyyəti;

  • Dəyişkən iş qrafiki (növbəli iş, gecə növbələri) üçün hazır olmalı.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

  • İş qrafiki: Növbəli (gecə-gündüz) 

  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq;

Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu başlığına “Təcili yardım üzrə tibb bacısı” qeyd edərək CV- nizi qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilər. 

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Təcili yardım üzrə tibb bacısı - VAKANSİYA — Fins.az — Fins.az