Şuşada mərkəzləşdirilmiş su təmizləmə sistemi yaradılır

Şuşada mərkəzləşdirilmiş su təmizləmə sistemi yaradılır

SOSİUM
253

Fins.az - Şuşa şəhərində yağış və tullantı sularının toplanması və təmizlənməsi məqsədilə həyata keçirilən infrastruktur layihəsi üzrə tikinti-quraşdırma işləri davam edir.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) təşkil etdiyi mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev məlumat verib.

Onun sözlərinə görə, layihə çərçivəsində Şuşa şəhərində yağış və çirkab sularının mərkəzləşdirilmiş qaydada toplanması və təmizlənməsi təmin olunacaq. Yağış suları 1200 millimetr diametrli borular vasitəsilə toplanaraq təmizləyici qurğuya yönləndiriləcək, məişət və tullantı suları isə 600 millimetr diametrli borularla çirkab su təmizləyici qurğusuna nəql ediləcək.

İ.Quliyev bildirib ki, çirkab suları xüsusi təmizləyici qurğuda normativ tələblərə uyğun şəkildə emal olunacaq. Təmizlənmiş sular daha sonra Qarqarçaya axıdılacaq və növbəti mərhələdə suvarma məqsədləri üçün istifadə edilə biləcək.

Sədr müavini qeyd edib ki, hazırda ərazidə tikinti işləri intensiv şəkildə aparılır və layihənin yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır. Onun sözlərinə görə, qurğunun gələn il istismara verilməsi nəzərdə tutulur.

İ.Quliyev vurğulayıb ki, layihənin əsas məqsədi Şuşada yağış və tullantı sularının səmərəli idarə olunmasını təmin etmək, ətraf mühitin mühafizəsinə töhfə vermək və su ehtiyatlarından daha rasional istifadə imkanları yaratmaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...