
Su təminatı sistemində bərpa işləri aparılır, bəzi rayonlarda suyun verilməsi müvəqqəti azaldılıb
Fins.az - Mövsüm keçidi ilə əlaqədar su təminatı sistemində bərpa və yeniləmə işləri aparılır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə, anbarlardan qəbul edilən suyun miqdarının artırılması və sutəmizləyici qurğuların məhsuldarlığının yüksəldilməsi məqsədilə texniki işlər həyata keçirilir.
Bu işlər çərçivəsində suyun verilməsi müvəqqəti olaraq azaldılıb. Nəticədə ölkənin müxtəlif rayonlarında suyun verilmə saatlarında 2–3 saatlıq azalmalar tətbiq olunur.