Şimal bölgəsinə 30 sm-dək qar yağıb

Şimal bölgəsinə 30 sm-dək qar yağıb

SOSİUM
705

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

Fins.az-ın verdiyi məlumata görə, yanvarın 25-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Qarın hündürlüyü Qubanın Xınalıq kəndində 30, Qırızdəhnədə 15, Xaltanda 12, Qubanın mərkəzində isə 7 santimetrdir. 

Qusarın Ləzə kəndində 25, Xızının Altıağac qəsəbəsində isə 8 santimetr qar qeydə alınıb.

Ən aşağı temperatur Qubanın Xınalıq və Qusarın Ləzə kəndlərində olub. Bu ərazilərdə temperatur mənfi 15 dərəcəyədək düşüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Şimal bölgəsinə 30 sm-dək qar yağıb — Fins.az — Fins.az