
Səhiyyə Nazirliyi: “Sputnik V” peyvəndi yaxın vaxtlarda ölkəyə gətiriləcək
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir. Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub.
Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi təmin olunacaq.