Satınalma üzrə mütəxəssis - VAKANSIYA

Satınalma üzrə mütəxəssis - VAKANSIYA

SOSİUM
357

Fins.az - Absheron Hospitality Group MMC vakansiya elan edir.


Əsas öhdəliklər:

  • Satınalma proseslərini müəyyən edilmiş qaydalar və təsdiq edilmiş prosedurlara əsasən həyata keçirmək, mövcud prosedurların optimallaşdırılması ilə bağlı təkliflər vermək;

  • Satınalma proseslərində qüvvədə olan qanunvericiliyin tələblərinə əməl etmək;

  • Satınalma prosesinin bütün mərhələlərində düzgün sənədləşməni təmin etmək, sənədlərin tamlığına və düzgünlüyünə nəzarət etmək;

  • Satınalma prosesində mümkün riskləri və uyğunsuzluqları müəyyən etmək, şübhəli və ya qeyri-standart əməliyyatlar barədə rəhbərliyi məlumatlandırmaq;

  • Təchizatçıların seçilməsi prosesində bərabər və obyektiv yanaşmanı təmin etmək;

  • Maraqların toqquşmasına səbəb ola biləcək hallardan çəkinmək;

  • Müxtəlif şöbələrdən daxil olan satınalma tələblərini qəbul etmək və qeydiyyata almaq, tələblərin texniki xüsusiyyətlərini və əsas parametrlərini yoxlamaq, tələbin əsaslandırılmasını və prioritetliyini qiymətləndirmək;

  • Lazım olan məhsul və xidmətlər üzrə bazar qiymətlərini araşdırmaq;

  • Potensial təchizatçıların siyahısını hazırlamaq, alternativ təchizatçıların və məhsulların müqayisəli analizini həyata keçirmək;

  • Sifarişlərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək, alınan məhsulların anbara daxil olmasını izləmək;

  • Satınalma xərclərinin statistik təhlilini aparmaq, satınalma üzrə aylıq və rüblük hesabatların hazırlanmasında iştirak etmək;

  • Satınalma sənədlərini sistemləşdirmək və arxivləmək, müqavilə, sifariş və təklif sənədlərini qeydiyyatda saxlamaq;

  • Satınalma proseslərinin səmərəliliyini artırmaq üçün təkliflər vermək;

Vəzifə üzrə əsas tələblər:

  • Müvafiq sahədə 2-3 il iş təcrübəsinin olması;

  • Satınalma proseslərini tənzimləyən normativ-hüquqi aktları bilmək;

  • Daxili satınalma qaydaları və prosedurlarla işləmək təcrübəsinin olması;

  • Bazar qiymətinin analizi və təkliflərin təhlil olması üzrə dərin təcrübə;

  • Təchizatçılar və daxili şöbələrlə effektiv kommunikasiyanın qurulması;

  • İngilis dili biliyinin yüksək səviyyədə olması;

  • Microsoft Office (Word, Outlook, Excel, PowerPoint) proqramlarından istifadə bacarığının olması;

CV-lər qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərilməlidir. Email göndərilərkən mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” qeyd edilsin.

Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Satınalma üzrə mütəxəssis - VAKANSIYA — Fins.az — Fins.az