
Receptionist vakansiyası
Receptionist
İş qrafiki:
- İş saatları: 09:00 – 19:00;
- İş rejimi: Həftədə 6 iş günü, 1 gün istirahət.
Vəzifə öhdəlikləri:
- Qonaqların qarşılanması və müvafiq şəxslərə yönləndirilməsi;
- Daxil olan telefon zənglərinin cavablandırılması və lazımi məlumatların təqdim edilməsi;
- Müştərilərə xidmətlər haqqında ətraflı məlumat verilməsi;
- Satış proseslərinin həyata keçirilməsi və müştəri əlaqələrinin idarə olunması;
- Gündəlik hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi.
Tələblər:
- Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı;
- Güclü kommunikasiya və satış bacarıqları;
- Müştəriyönümlü yanaşma və peşəkar davranış;
- Səliqəli xarici görünüş;
- Məsuliyyətlilik, operativlik və diqqətlilik;
- Komandada işləmək bacarığı;
- Kompüter biliklərinin olması üstünlük hesab edilir.
Təklif edirik:
- Əmək haqqı: 600 AZN (net);
- Satış nəticələrinə əsasən əlavə bonuslar;
- Peşəkar və dinamik iş mühiti;
- Karyera inkişafı imkanları.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Receptionist” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.
