İşə qəbul üzrə qrup rəhbəri - VAKANSİYA

İşə qəbul üzrə qrup rəhbəri - VAKANSİYA

SOSİUM
326

Fins.az - Foton vakansiya elan edir.


Nə təklif edirik?

  • Könüllü tibbi siğorta (ailə paketi);

  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;

  • Peşəkar komanda ilə işləmək fürsəti;

  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İşin təsnifatı:

  • Vəzifə tələblərinin hazırlaması və müxtəlif platformalarda yerləşdirməsi. İşədüzəlmə portalları, sosial media, peşəkar şəbəkələr (məs. LinkedIn) və işçi tövsiyələri ilə potensial namizədlərin müəyyənləşdirməsi və cəlb edilməsi;

  • LinkedIn və digər platformalarda aktiv headhunting aparılması;

  • Target şirkətlər siyahısının hazırlanması və talent mapping, kritik və çətin bağlanan vakansiyalar üzrə fokslu axtarışların aparılması;

  • Tərcümeyi-halların nəzərdən keçirilməsi, namizədlərin qısa siyahısının tərtib edilməsi və bacarıq, təcrübə və mədəni uyğunluğun qiymətləndirməsi üçün ilkin müsahibələrin aparılması;

  • Axıcı və səmərəli müsahibə prosesinin təmin edilməsi üçün müsahibə dövrlərinin planlaşdırması və əlaqələndirməsi;

  • Seçilmiş namizədlərin siyahısının xətt rəhbərlərinə təqdim edilməsi; 

  • İş təkliflərinin hazırlanması və seçilmiş namizədlərə təqdim edilməsi; 

  • Cari və gələcək işəgötürmə ehtiyaclarını qarşılamaq üçün ixtisaslı namizədlərin siyahısının yaradılması və saxlanması;

  • Namizədləri İzləmə Sistemindən (ATS platforması) istifadə etməklə namizədlərin məlumatlarının idarə edilməsi və işə qəbul siyasətinə və qaydalarına riayət olunmasının təmin edilməsi;

  • İşə qəbuldan əvvəl namizəd məlumatlarının doğruluğunun və etibarılılığının təmin edilməsi üçün namizədlərin tərcümeyi-halını və tövsiyələrinin yoxlanması;

  • Əmək yarmarkalarında, işgüzar əlaqələrin qurulması üçün keçirilən tədbirlərdə iştirak və istedadlı mütəxəssisləri cəlb etmək üçün işə qəbul üzrə marketinq kampaniyalarını idarə etməklə işəgötürənin brendinin yaradılmasının dəstəklənməsi;

  • Sənədləşmə və istiqamətləndirmə daxil olmaqla yeni işçilərin (onbording) prosesinin təşkil edilməsi.

Tələblər:

  • Psixologiya, Sosiologiya və ya İnsan Resursları istiqamətində bakalavr dərəcəsi; 

  • İşə qəbul üzrə (Recruitment) 5 ildən artıq iş təcrübəsi; 

  • Kadrların qiymətləndirilməsi və seçilməsi alətləri ilə tanışlıq, işəgötürmə üzrə marketinq və işəgötürənin brendinin yaxşılaşdırılması istiqamətində biliklər;

  • Resursların cəlb edilməsi alətləri və metodları üzrə təcrübə;

  • Microsoft Office(Word/Excel/PowerPoint);

  • Azərbaycan, ingilis və rus dillərinin mükəmməl biliyi.

CV-lərinizi “İşə qəbul üzrə qrup rəhbəri” başlığı altında göstərilən e-mail ünvanına ([email protected]) göndərə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İşə qəbul üzrə qrup rəhbəri - VAKANSİYA — Fins.az — Fins.az