Qan donorluğu artıq bankda davamlı ənənəyə çevrilib – Bank Respublika

Qan donorluğu artıq bankda davamlı ənənəyə çevrilib – Bank Respublika

SOSİUM
241

Korporativ sosial məsuliyyət istiqamətində həyata keçirdiyi təşəbbüslərlə cəmiyyətə dəyər yaratmağa davam edən Bank Respublika növbəti dəfə təltifə layiq görülüb.

Ümumdünya Qan Donoru Günü münasibətilə Respublika Qan Bankı tərəfindən təşkil olunan tədbirdə Bank Respublika qan donorluğunun təşviqi və bu sahədə göstərdiyi davamlı dəstəyə görə xüsusi mükafatla təltif edilib.

Bankda qanvermə aksiyaları artıq sadəcə bir tədbir deyil, əməkdaşları ortaq dəyərlər ətrafında birləşdirən davamlı ənənəyə çevrilib. Bankın Baş Ofisində hər il təşkil olunan aksiyalar çərçivəsində əməkdaşlar könüllü şəkildə donor olaraq ehtiyacı olan insanların müalicəsinə dəstək göstərir və həyatların xilasına töhfə verir.

Bu il keçirilən qanvermə aksiyasında da Bank Respublika-nın İdarə Heyətinin sədri, rəhbər heyəti və əməkdaşları fəal iştirak edərək talassemiya, hemofiliya, leykoz və digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə dəstək məqsədilə könüllü donor olublar.

Bank Respublika gələcəkdə də insan sağlamlığına və cəmiyyətin rifahına yönəlmiş layihələri dəstəkləməyi və sosial həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüslərdə iştirakını davam etdirməyi planlaşdırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qan donorluğu artıq bankda davamlı ənənəyə çevrilib – Bank Respublika — Fins.az — Fins.az