
Psixoloq - VAKANSIYA
Fins.az - EduVia vakansiya elan edir.
İş Yeri: Qaradağ, Azərbaycan
Namizədlərin layihə fəaliyyətlərinə daha rahat çıxışını təmin etmək məqsədilə Sahil qəsəbəsi və ya ona yaxın ərazilərdə, o cümlədən Ümid qəsəbəsi ərazisində yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Biz yüksək keyfiyyətli fərdi psixoloji xidmətlər, eləcə də qrup əsaslı müdaxilələr həyata keçirmək üzrə ixtisaslaşmış, peşəkar və təcrübəli Psixoloq axtarırıq. Uyğun namizəd uşaq və ailə psixi sağlamlığı sahəsinə maraqlı olmalı, depressiya, narahatlıq, əhval pozuntuları, travma və psixososial çətinliklər kimi geniş yayılmış hallarla işləmək üzrə güclü bilik və təcrübəyə malik olmalıdır.
Əsas vəzifə öhdəlikləri:
Ümid qəsəbəsi və ona yaxın ərazilərdə yaşayan layihə iştirakçısı olan böyüklər və ya uşaqlar üçün fərdi psixoloji məsləhət sessiyalarının keçirilməsi.
Layihədə iştirak edən ailələr üçün qrup əsaslı ailə gücləndirmə sessiyalarının aparılması.
Layihənin metodologiyası və məqsədlərinə uyğun olaraq təlim-seminarların və digər potensialın artırılması fəaliyyətlərinin həyata keçirilməsi.
Depressiya, narahatlıq və digər emosional/davranış çətinlikləri daxil olmaqla psixi sağlamlıqla bağlı məsələlər üzrə ixtisaslaşmış dəstəyin göstərilməsi.
Həm fərdi qaydada — təkbətək sessiyalarda, həm də qrup və ailə mühitində əməkdaşlıq şəraitində işləmək.
Məxfilik və etik standartlara ciddi riayət etməklə sənədləşməni, sessiya qeydlərini və irəliləyiş hesabatlarını düzgün şəkildə aparmaq.
Namizədə dair tələblər:
Klinik psixologiya, psixoloji məsləhət, uşaq inkişafı, sosial iş və ya yaxın əlaqəli sahə üzrə ali təhsil dərəcəsi. Magistr və ya daha yüksək dərəcə üstünlükdür.
Azərbaycanda psixoloq və ya psixi sağlamlıq üzrə mütəxəssis kimi fəaliyyət göstərmək üçün müvafiq lisenziya/sertifikat və ya onu əldə etmək hüququ.
Fərdi terapiyaya aydın fokus olmaqla, psixoloji və psixososial dəstəyin göstərilməsi sahəsində minimum 5 il peşəkar iş təcrübəsi.
Uşaqlar, yeniyetmələr və ailələrlə, xüsusilə depressiya, narahatlıq, əhval pozuntuları, davranış çətinlikləri və ailədaxili münasibətlər/dinamika ilə bağlı məsələlər üzrə sübut olunmuş iş təcrübəsi.
Uşaq inkişafı, ailə gücləndirmə yanaşmaları, travmaya həssas yanaşma, psixososial dəstək və uşaq müdafiəsi prinsipləri üzrə dərin biliklər.
Mükəmməl fasilitasiya, kommunikasiya, şəxslərarası ünsiyyət və hesabat yazma bacarıqları. Azərbaycan dilini mükəmməl bilmək tələb olunur; ingilis dili biliyi böyük üstünlükdür.
Layihə metodologiyasına, vaxt qrafikinə və beynəlxalq etik standartlara — məxfilik, məlumatlandırılmış razılıq, uşaq müdafiəsi və s. — ciddi riayət etməklə həm müstəqil, həm də komanda daxilində işləmək bacarığı.
Mədəni həssaslıq və müxtəlif və ya icma əsaslı mühitlərdə iş təcrübəsi arzuolunandır.
Aşağıdakı sahələrdə güclü təcrübə:
Fərdi təkbətək sessiyalar
Qrup sessiyaları və ailə müdaxilələri
Təlim-seminarlar
Üstünlük hesab olunan əlavə bacarıqlar:
Sübutlara əsaslanan yanaşmalar üzrə təcrübə, o cümlədən travmaya fokuslanan koqnitiv-davranış terapiyası (CBT), ailə terapiyası, oyun terapiyası, ARC — Bağlılıq, Özünü Tənzimləmə və Bacarıqların İnkişafı yanaşması və ya oxşar metodlarla iş təcrübəsi.
Uşaq rifahı, psixi sağlamlıq və ya sosial inkişaf sahələri üzrə layihələrdə əvvəlki iş təcrübəsi.
Təklif olunur:
Əməkhaqqı: ayda 1,100 AZN net
Müqavilə müddəti: 12 ay
İcmada uşaqların və ailələrin psixi sağlamlığına real təsir göstərmək üçün mənalı imkan
Peşəkar superviziya və potensialın artırılması imkanları
Hesabatlılıq:
Psixoloq birbaşa Layihə Koordinasiya Komandasına hesabat verəcək və fəaliyyətlərin vaxtında icrasına, eləcə də yüksək keyfiyyətli irəliləyiş hesabatlarının təqdim edilməsinə görə məsuliyyət daşıyacaqdır.
Maraqlanan namizədlər CV, motivasiya məktubu və müvafiq diplom/lisenziyaların surətlərini elektron poçt ([email protected]) ünvanına göndərməlidirlər. E-mailin mövzu hissəsində “Psixoloq vakansiyası – Bakı” qeyd olunmalıdır.