
PKİD/ Məhkəməyəqədər iş və qərarların icrasına nəzarət şöbəsinin mütəxəssisİ - VAKANSİYA
Fins.az - Bank Respublika ASC vakansiya elan edir.
Təsvir
Problemli kredit portfelinin idarə olunması və iş proseslərinin effektiv təşkili;
Məhkəmə qərarlarının icrasının təmin edilməsi və icra mərhələsinə ümumi nəzarət;
İcra şöbələri ilə qarşılıqlı fəaliyyətin qurulması, icra işlərinin izlənməsi;
Problemli borclu və zaminlərlə danışıqların aparılması, ödənişlərin təmin edilməsi;
Borcların yığımı üzrə nəticələrin təhlili, məlumatların sistemləşdirilməsi və müntəzəm hesabatların hazırlanması
Tələblər
Ali təhsil;
Borcların yığılması və problemli müştərilərlə iş üzrə 1-2 il təcrübə;
Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
Dil bilikləri: Azərbaycan əla, rus dili arzuolunandır;
MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Vakansiya növü - Tam ştat