Pərakəndə Lizinq Nümayəndəsi (Satış nümayəndəsi) - VAKANSİYA

Pərakəndə Lizinq Nümayəndəsi (Satış nümayəndəsi) - VAKANSİYA

SOSİUM
251

Fins.az - Prior Leasing vakansiya elan edir.

İş yeri: Balakən filialı

Namizədə olan tələblər:

  • Satış sahəsində 1 il iş təcrübəsi;

  • İşdə düzgünlük və operativlik;

  • Komandada işləmək bacarığı;

  • Məsuliyyət və diqqətlilik;

  • Microsoft Office proqramlarında işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • Daxili qayda və prosedurlara müvafiq olaraq müraciətləri emal etmək;

  • Birbaşa rəhbəri tərəfindən təqdim edilən həftəlik satış ərazisi planına əsasən məhsullar (Kənd təsərrüfatı texnikaları )haqqında  məlumatı müştərilərə  çatdırmaq;

  • Potensial müştərilərin biznes ünvanlarına səfər etməklə müştərilər axtarmaq və cəlb etmək;

  • Marketinq materiallarının yaşayış və biznes məntəqələrində yayılmasını təmin etmək;

Qeyd: şəxsi avtomobil və sürücülük vəsiqəsi mütləqdir (yanacaq və təmir xərcləri şirkət tərəfindən qarşılanacaq)

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün)

  • İş saatları: 09:00-18:00

  • Karyera inkişafı imkanları

  • Əmək haqqı: Gross 534.86 +bonus

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Pərakəndə Lizinq Nümayəndəsi – Balakən” yazaraq qeyd olunan elektron poçt ([email protected]) ünvanına və 050 273 04 92 whatsapp nömrəsinə

və ya  https://careers.ram.az/?vacancy=2359&source=UC_HBS8ZI  linki vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pərakəndə Lizinq Nümayəndəsi (Satış nümayəndəsi) - VAKANSİYA — Fins.az — Fins.az