Övladlığagötürmə sahəsində çalışan əməkdaşlar  üçün  distant təlimlər keçirilir

Övladlığagötürmə sahəsində çalışan əməkdaşlar üçün distant təlimlər keçirilir

SOSİUM
641

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və DOST Agentliyinin övladlığagötürmə fəaliyyəti sahəsi üzrə məsul əməkdaşları üçün distant təlimlərə başlanıb.

Təlimlərdə məqsəd övladlığa götürülmüş uşaqların ailələrdəki vəziyyətinin, inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə pandemiya şəraitində distant (telefon, video zəng və.s) formada monitorinqlərin aparılması, pandemiya ilə bağlı onların valideynlərinin maarifləndirilməsi ilə bağlı əməkdaşların bilik və bacarıqların artırılmasıdır.

Aprel-may ayları ərzində davam edəcək təlimlər UNİCEF-in dəstəyi ilə təşkil edilib. Təlimləri UNİCEF-in beynəlxalq məsləhətçisi, övladlığagötürmə sahəsində yüksək ixtisaslı britaniyalı mütəxəssis Hugh Salmon aparır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Övladlığagötürmə sahəsində çalışan əməkdaşlar üçün distant təlimlər keçirilir — Fins.az — Fins.az